Gəncədə şəhid ailələri və Qrabağ müharibəsi əlilləri üçün yeni bina istifadəyə verilib

Gəncədə şəhid ailələri və Qrabağ müharibəsi əlilləri üçün yeni bina istifadəyə verilib

Bu münasibətlə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Gəncə şəhərində olub. Mənzillə təmin olunan vətəndaşları təbrik edən nazir bildirib ki, ölkəmizin müdafiəsi uğrunda gedən döyüşlərdə fiziki sağlamlığını itirən, həmçinin şəhid olanların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin xüsusi diqqətindədir. Məhs bunun nəticəsi olaraq bu gün Gəncə şəhərində belə kateqoriyadan olan insanlara evlər verilib.

Daha sonra ev sahiblərinə mənzillərin orderləri təqdim olunub. Füzuli Ələkbərov yaşayış binasında yaradılan şəraitlə maraqlanıb.

Qeyd edək ki, ümumi sahəsi 3750 kv.m olan 4 mərtəbəli tikili 36 mənzildən ibarətdir. Mənzillər ikiotaqlıdır. Həmçinin, binanın həyətində uşaqlar üçün oyun meydançaları və sakinlərin istirahətinin təmin edilməsi istiqamətində müəyyən işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə