Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Regional nümayəndəliyi ölkənin qərb bölgəsində növbəti reydlərə başlayıb. Bu dəfəki yoxlamalarda əsas məqsəd satışda olan Çin istehsalı saxta mobil telefonların satışdan çıxarılmasını təmin etmək olub.
Yoxlamaların ilk günü Gəncə və Şəmkir şəhərlərində təxminən 10-dan artıq mağazada reydlər təşkil olunub. Nəticədə ciddi nöqsanlar aşkar edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, araşdırma zamanı satılan mobil telefonların harada istehsal edildiyi haqqında məlumatların olmadığı ortaya çıxıb.
Bundan əlavə sözügedən rabitə vaistələri Çindən gətirilərək nüfuzlu mobil telefon şirkətlərinin adı altında satılır. Ümumiyyətlə, reydlərdə mağaza sahibləri satdıqları məhsulların heç birinin nəzərdə tutulan uyğunluq sertifikatını göstərə bilməyib.
Komitənin 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəis müavini Qasım Hüseynov bu sahəyə istənilən kimi nəzarət edilmədiyini etiraf edir. Bu da insan sağlamlığına birbaşa təhlükə olan saxta mobil telefonların rahat şəkildə bazarlarda satılmasına gətirib çıxarır.
Yoxlamalar daha bir ay davam edəcək. Növbəti reydlər isə qərb bölgəsinin digər regionlarında aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB