Tovuzda yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 2 nəfərin öldüyü qeyd olunur. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azaflı kəndində baş verib. Bir mərtəbəli fərdi yaşayış evində baş verən yanğın nəticəsində ev sahibi Bəyaz Mustafayeva və onun 8 yaşlı nəvəsi Hüseyn yanaraq ölüblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB