Ermənistanın “İrs” Partiyası 9 dekabrda Qarabağın müstəqilliyinın tanınması ilə bağlı qərar layihəsini parlamentdə səsverməyə çıxaracaq
"İrs" Partiyası istənilən siyasi prosesləri nəzərə almayaraq 9 dekabrda Qarabağın müstəqilliyinın tanınması ilə bağlı qərar layihəsini səsverməyə çıxaracaq". SİA-nın verdiyi məlumata görə, bu sözləri partiyanın parlament qrupunun rəhbəri Stepan Safaryan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bizim üçün ən vacib olanı məntiqi nəticəyə çatmaqdır", - deyən millət vəkili bildirib ki, onlar bunun üçün hansısa siyasi qüvvələri məcbur etmək niyyətində deyillər.
İqtidardakı Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə bildirib ki, əsas məqsəd Qarabağın beynəlxalq tanınmasıdır: "Biz bu istiqamətdə olan istənilən təşəbbüsü dəstəkləyəcəyik və buna qarşı olanlarla mübarizə aparacağıq. Ermənistan heç vaxt Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşmayacaq".
O, həmçinin vurğulayıb ki, Qarabağın iştirakı olmadan konfliktlə bağlı son və effektiv nəticəyə gəlmək mümkün olmayacaq: "Bizim Avropa tərəfdaşlarımız da bunu başa düşməyə başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB