Fond sədri: "Yanvar ayından pensiyaların sığorta hissəsi artırılacaq"
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 2011-ci ilə 1 milyard 970,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 213 milyon manat və ya 12,1% çoxdur. SİA-nın xəbərinə görə, bu barədə fondun sədri Səlim Müslümov bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərərgahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu isə növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin diqqət mərkəzində olacağını bir daha təsdiqləyir.
S.Müslümov vurğulayıb ki, gələn ilin yanvarında prezident İlham Əliyevin Azərbaycanda pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam verəcəyi gözlənilir: "Bu il gözlənilən inflyasiya faizinə uyğun olaraq bütün pensiyaların sığorta hissələri 6 faiz həcmində indeksləşdirilərək artırılacaq. Bununla da sosial sığorta haqlarının artıtrılmasına imkan yaranacaq. Bundan əlavə, fond gələn ilin II yarısında aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsi üçün də məsələ qaldıracaq. Artımların baş verməsi üçün əmək haqlarının leqallaşdırılması mühüm məsələdir. Buna uyğun olaraq sosial sığorta haqlarının artımı baş verə bilər. Bu isə öz növbəsində aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə imkan yaradar".
Daha sonra S.Müslümov fondun büdcəsinin icrası ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, fondun 2010-cu ilin yanvar-sentyabr aylarında gəlirləri 1275,1 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 127,9 mln. manat və ya 11,1 faiz çoxdur. O vurğulayıb ki, cari ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 27,7 mln. manat artaraq 776,7 mln. manat təşkil edib.
"Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 mln. manat olub. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 459,3 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz və ya 33,5 mln. manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 18,2 mln. manat təşkil edib. Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə ödənişlərində artım 46,5 faiz olub. 2010-cu ilin yanvar-sentyabr aylarında fondun xərcləri 1267,2 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,8 mln. manat və ya 4,8 faiz çoxdur. Bu vəsaitin 1226,8 mln. manatı pensiya və müvinətlərə yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 mln. manat və ya 4,9 faiz çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 97,2 faizini və ya 1192,4 mln. manatını pensiya xərcləri təşkil edib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB