PKK lideri: “ABŞ və Avropa kürd məsələsini Türkiyəyə qarşı bir kart olaraq əllərində saxlamaq istəyir”

PKK lideri: “ABŞ və Avropa kürd məsələsini Türkiyəyə qarşı bir kart olaraq əllərində saxlamaq istəyir”

"Bu problemi yaradan onlardır, davam etdirilməsi üçün siyasət aparanlar da onlardır. ABŞ və Avropa Birliyi bu problemi həll etmək istəsələr həll edər, amma həll etmək istəmirlər". SİA-nın "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri PKK terror təşkilatının lideri Murad Karayılan qəzetin əməkdaşına müsahibəsində deyib.

 

"Kürd problemindən mənfəətləri var. Bu məsələni Türkiyəyə qarşı bir kart olaraq əllərində saxlamaq istəyirlər. Buradakı problemlər həll edilsə, bölgə xalqlarının onlara heç ehtiyacları qalmaz. Dünyanı belə idarə edirlər. Əvvəl problem yaradırlar, problemləri həll edilməz bir vəziyyətə gətirib öz iqtisadi və siyasi qazanclarını əldə edirlər" deyən PKK lideri ABŞ ilə təşkilat arasında 2003–2004-cü illərdə əlaqələrin yaradıldığını bildirib. Türkiyənin cənubunda 1983-cü ildən bu yana müstəqil siyasət apardıqlarını söyləyən M.Karayılan ABŞ ilə əlaqələrinin siyasi əlaqələrə çevrilmədiyini dilə gətirib: "Daha sonralar Türkiyənin müdaxiləsi, vetolar və başqa səbəblərə görə, heç bir əlaqəmiz qalmadı. Orta Şərqin iki təməl problemi var. Biri kürd, digəri isə Fələstin problemidir. Amma biz İsrailə də Orta Şərq xalqları arasında yer verərik. Kürd-Türkiyə, Fələstin-İsrail sülhü ümumilikdə Orta Şərqə sülh gətirər. Əvvəlcədən İsrailin yox edilməsi layihəsi var idi. Bu torpaqlarda hər kəsin azad və bərabər şəkildə yaşamaq haqqı olmalıdır".

 

Beş ildir dağlarda olduğunu və heç kimsənin kefindən dağa çıxmadığını deyən PKK lideri kürdlərin də tarix boyunca bu torpaqlar üçün mübarizə etdiklərini vurğulayıb: "İndi isə haqqlarımızı görmək istəmirlər. Üzərimizdə böyük bir siyasətin həyata keçirildiyini bilirik. Amma sülh istəyirik. Biz sülh əldə etmək üçün döyüşürük".

 

PKK silahlı qüvvələrində qadınların da olmasına toxunan M.Karayılan təşkilatda qadınların sayının 1989-cu ildən sonra artdığını qeyd edib. O, "Radikal" əməkdaşına dağa çıxmamışdan əvvəlki həyatından da danışıb: "Fırat Universitetində türk dili və ədəbiyyatı fakültəsində oxuyurdum. 1992-ci ildə qərarımı verdim və dağa çıxdım. Gedərkən ailəmə bir məktub yazaraq atdığım addımın səbəblərini izah etdim. Mən cəmiyyətdə qalsaydım, sıravi bir məmur olacaqdım. İndi isə daha böyük bir güclə çalışmaq istəyirəm. Dağa çıxdıqdan sonra iki il ailəmlə əlaqə yaratmadım".

Bütün xəbərlər Facebook səhifəmizdə