MSK katibi KİV-lərə səsləndi

“Trenerlər üçün treninq” layihəsi bizim xüsusi əhəmiyyət verdiyimiz proseslərdən biridir. 2002-ci ildən bu yana Mərkəzi Seçki Komissiyası (MSK) bu xarakterli tədbiri davamlı həyata keçirir. Demək olar ki, keçirdiyimiz tədbirlər nəticə etibarilə seçkilərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, eləcə də demokratiklik baxımından əhəmiyyətli dərəcədə mühüm rola malik olub". SİA-nın verdiyi məlumata görə, bunu MSK katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, bu gün start verdiyimiz treninqlər də aprelin 11-də keçiriləcək prezident seçkilərində bütün seçki subyektlərinin qanunvericilik çərçivəsində davranması üçün hüquq və vəzifələrinin bilməsi baxımından çox əhəmiyyətli bir proses olacaq: "Biz bu treninqləri dörd gün ərzində keçirməyi planlaşdırmışıq. Bu treninqlərdə bizim 125 seçki dairəsinin hər birindən iki trener dəvət olunub. O trenerlər praktik məşğələləri gün ərzində keçəcəklər. Bu praktika artıq bizdə var. Trenerlərimiz kifayət qədər prosesi öyrəniblər. Bizim MSK-da beynəlxalq sertifikat almış trenerlərimiz var. Onlar bu gün o praktik dərsləri həyata keçirəcəklər. Kütləvi İnformasiya Vasitələrindən (KİV) xaiş edərdik ki, mümkündüsə o praktik məşğələlərin necə keçirilməsi ilə bağlı fraqmentlər çəksinlər və Azərbaycan seçicilərini də bu istiqamətdə görülən işlərlə məlumatlandıra bilsinlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə