“Zeytun budağı” əməliyyatı zamanı 2612 terrorçu məhv edilib

“Zeytun budağı” əməliyyatı zamanı 2612 terrorçu məhv edilib

Suriyanın Afrin şəhərində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı 2612 terrorçu məhv edilib.

SİA-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Xatırladaq ki, Türkiyə SQ yanvarın 20-də Suriyanın Afrin bölgəsinin terrorçulardan azad edilməsi üçün Azad Suriya Ordusu ilə birgə “Zeytun budağı” əməliyyatına başlayıb.

Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib ki, Afrində 8-10 minə yaxın PYD və YPG terrorçuları var.

Əməliyyatlarda Türkiyə HHQ-nin F-16 təyyarələri cəlb edilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə