İsrail və ABŞ havadan müdafiə və raket əleyhinə qüvvələrinin birgə irimiqyaslı təlimlərinə start verir.
2001-ci ildən İsraildə keçirilən “Ardıc kobrası” şərti adı altında təlimlər sayca doqquzuncu dəfə baş tutacaq. Hərbçilər iddia edir ki, təlimlər planlı xarakter daşıyır və hər-hansı konkret geosiyasi hadisələrlə əlaqəsi yoxdur.
Təlimlərə 2 500-dən çox amerikalı, 2 000 israilli hərbçi cəlb edilib.
Manevrlərdə “Patriot”, “Xets”, “Dəmir günbəz”, “Davudun sapandı” və s. əsas zenit-raket komplekslərindən geniş istifadəsi nəzərdə tutulub.
Təlimlərin əsas mərhələsi 4-15 mart tarixlərini əhatə edəcək.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə