Əli Hüseynov: “Təbliğat prosesindən hiss edirəm ki, əvəllər olduğu kimi yenə də hakim partiyanın nümayəndələri daha çox uğur qazanacaqlar” - MÜNASİBƏT
"Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində qanunvericilik baxımından bütün məsələləri həll etmişik. Mükəmməl Seçki Məcəlləsi var". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov ATƏT-in aralıq hesabatına münasibət bildirərkən deyib. Mərkəzi Seçki Komissiyasının qanunda göstərildiyi kimi 18 nəfərdən ibarət formalaşmasını müsbət hal kimi qiymətləndirən komitə sədri bunun hesabatda qeyd olunmadığına təəssüf edib: "ATƏT-in aralıq hesabatında subyektiv və əsası olmayan tənqidi fikirlər çoxdur. Qanunvericiliklə bağlı olan hissə məni bir komitə sədri kimi narahat edir. Çünki biz seçki prosesi ilə bağlı müddəti qısaltmaq xatirinə qısaltmamışdıq. Biz bunu 2010-cu ildə Azərbaycandakı mətbuatın, təbliğat üçün elektron informasiya texnologiylarının imkanlarını, ümimiyyətlə, Azərbaycanın inkişafını və dünyada mövcüd olan müddətləri nəzərə alaraq seçmişik".
Namizədlərə verilən pulsuz efir vaxtı ilə bağlı məsələyə toxunan komitə sədri hakim partiyanın bu məsələdə də jest göstərdiyini dilə gətirib: "Baxmayaraq ki, hakim partiyanın 60-dan yuxarı dairədə namizədliyini qeydiyyata alınmışdı və qanuna görə televiziyada pulsuz efir vaxtından istifadə etməliydi, amma biz burada da siyasi mədəniyyət nümayiş etdirdik, jest göstərdik və hazır olduq ki, MSK qərar qəbul etdikdən sonra hər bir namizəd 4 dəqiqə efir vaxtı əldə etmiş olsun. Təəssüf olsun ki, oradan hakimiyyətin ünvanına əsassız ittihamlar, bəzən təhqirlər səslənir və bu da vətəndaşlarımızı bir qədər narahat edir. Buna baxmayaraq qanunverici bir orqanın nümayəndəsi olaraq hesab edirəm ki, hər bir vətəndaş məhz bu modelə görə öz namizədini tanımaq imkanı əldə edir, onların potensialını, davranışını, qabiliyyətini görə bilir".
Açıqlaması zamanı dövlət tərəfindən qeydə alınana namizədlərə 200 manat vəsaitin ayrılması elementinə də toxunan Ə.Hüseynov həmin elementin 2003-cü ildə Seçki Məcəlləsində nəzərdə tutulduğunu xatırladıb. O vurğulayıb ki, o zaman həmin məbləğin ayrılmasında dövlətin marağı olsa da hazırda həmin mərhələlər kənarda qalıb.
Bu cür məqamların ATƏT-in aralıq hesabatında qeyd olunmadığına təəsüfləndiyini dilə gətirən komitə sədri bununla əlaqədər dəfələrlə müraciət olunduğunu bildirib. Onun sözlərinə görə, hər dəfə onlar obyektiv olacaqlarına söz versələr də, seçki prosesinin nəticəsi ilə əvvəlcədən hazırlanan seçki bəyənatları arasında fərqlər özünü göstərməkdədir. Beynəxalq müşahidəçilərdən gördüklərini yazmalarını və səsləndirmələrini xahiş edən Ə.Hüseynov bildirib ki, həmin bəyanatlar ölkənin beynəlxalq imicini əks etdirdiyi üçün onların obyektiv və ədalətli olması Azərbaycan üçün vacibdir: "Seçki xalqın iradəsinin ifadəsidir. Bizim üçün vacib olan odur ki, ədalətli, demokratik seçki keçirilsin. Təbliğat prosesindən hiss edirəm ki, əvəllər olduğu kimi yenə də hakim partiyanın nümayəndələri daha çox uğur qazanacaqlar. İnanıram ki, biz yenə də parlamentdə çoxluqla təmsil olunacağıq və ölkə prezidentinin fəaliyyətini dəstəkləyəcəyik, dövlətçiliyimiz naminə fəaliyyətimizi davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB