Kiyevdə Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı keçirilib
Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyevin və Viktor Yanukoviçin birgə mətbuat konfransı keçirilib.
SİA-nın xəbərinə görə, Ukraynanın dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əlaqələrin dostluq və səmərəli əməkdaşlıq xarakteri daşıdığını bildirib. Prezident Viktor Yanukoviç hər iki ölkənin əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, Azərbaycan ilə Ukraynanın yanacaq-energetika kompleksində də əlaqələri genişləndirmək niyyətində olduqlarını və bu məqsədlə işçi qrupunun yaradılacağını deyib.
Prezident Viktor Yanukoviç 2010-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin dəfələrlə artacağını bildirdi və bunu məqsədyönlü birgə fəaliyyətin məntiqi nəticəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında strateji xarakter daşıyan əlaqələrin səviyyəsindən razılığını bildirdi və bunun daha da böyük perspektivə malik olduğunu deyib.
İlham Əliyev ölkələrimizin ikitərəfli əməkdaşlıqla yanaşı, regional əməkdaşlığın genişlənməsində də mühüm rol oynadıqlarını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Ukraynanın yanacaq-energetika kompleksi ilə yanaşı, sənaye, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını deyib.
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB