Azərbaycanda seçicilərin sayı açıqlanıb. SİA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 042 seçici daxil edilib.
N.Məmmədov deyib ki, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini martın 3-dək başa çatdıracaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan tədbir keçirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB