Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına 10-a yaxın yeni kommunal tipli avtomobillər verilib. İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, yeni texnikalar qurumun tabeliyindəki müxtəlif idarə və müəssisələrə paylanılıb.
"Yeni texnikalar Gəncə şəhər Təmizlik, həmçinin Yaşıllaşdırma idarələrinə verilib. Bu da öz növbəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artıracaq", Z. Məmmədov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB