ATƏT-in Bakı ofisinin rəhbəri: “Azərbaycanı hamıdan daha irəlidə ola biləcək potensiala malik bir ölkə kimi görürəm” - AÇIQLAMA

ATƏT-in Bakı ofisinin rəhbəri: “Azərbaycanı hamıdan daha irəlidə ola biləcək potensiala malik bir ölkə kimi görürəm” - AÇIQLAMA

"ATƏT-in müşahidə missiyasının hesabatını dəstəkləyirik". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel jurnalistlərə verdiyi açıqlamasında bildirib. Seçkilərlə bağlı müvafiq yerlərdə plakatların vurulduğu, amma partiyalar tərəfindən böyük toplantıların keçirilmədiyini söyləyən səfir ölkədə seçki coşqusunu görmədiyini deyib: "Azərbaycanı hamıdan daha irəlidə ola biləcək potensiala malik bir ölkə kimi görürəm, ona görə də gözləntilərimiz daha çoxdur. Biz bu seçkilərdə qeydiyyatla bağlı heç bir problemin olmayacağını, partiyaların iştirak səviyyəsinin daha çox olacağını gözləyirdik. Sistemi təkrar gözdən keçirməkdə fayda ola bilər".

 

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Həştərxanda imzaladığı və hərbi əsirlərin qaytarılması ilə bağlı məqamın da əks olunduğu sənədə münasibət bildirən səfir bu sənədin qarşılıqlı etimad mühiti formalaşdırmağını göstərən bir başlanğıcın olacağına ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə