Sergey Vinokurov: “Rusiya ilə Azərbaycan arasında olan tərəfdaşlıq Qafqazdakı sabitliyin qarantıdır” - MÜNASİBƏT
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq beynəlxalq ictimaiyyət üçün Qafqaz kimi mürəkkəb və mühüm regionda sabitliyin qarantıdır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Rusiya Prezidenti İdarəsinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Sergey Vinokurov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Qafqaz regionunda çox şeyin asılı olduğu Rusiya-Azərbaycan münasibətləri hərtərəflidir, onlar tarixi köklərə və ölkələrin yaxınlığına əsaslanır.
"Bu, strateji tərəfdaşlığın həqiqi münasibətləridir. Biz, yaxşı mənada, indi bir-birindən asılı ölkələr kimiyik. Bu bir-birindən asılılıq münasibətlərimizin strateji, tərəfdaşlıq xarakterini bir daha qeyd edir. Əməkdaşlığı yalnız bir qədər dinamik getməyən istiqamətlərdə inkişaf etdirmək lazımdır",- deyə Vinokurov qeyd edib.
Rusiya və Azərbaycan arasında olan iqtisadi əlaqələrə də toxunan Rusiya Prezidenti İdarəsinin rəisi: "İki ölkə prezidentləri mal dövriyyəsinin 2 milyardı ötməsi üçün qarşıya vəzifə qoyublar və buna səy göstərmək lazımdır, belə ki, ticari-iqtisadi əməkdaşlıqda ehtiyatlar var və bu ehtiyatları cəlb etmək lazımdır. Azərbaycanda Rusiya biznesi çoxlu yeni iş yerləri yaratmaqla özünü "yaxşı hiss edir",- deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB