İlham Əliyev: “Ukrayna və Azərbaycan arasında əməkdaşlıq strateji mərhələyə qədər yüksəlib”
"Ukrayna və Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlara malikdirlər". SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Kiyevdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib. Prezident İlham Əliyev mövcud olan mərhələdə Azərbaycan və Ukrayna arasında enerji sahəsindəki əlaqələri ardıcıl inkişaf etdirmək üçün yeni təşəbbüslərin reallaşdırması üçün imkanların mövcudluğuna ümidvar olduğunu bildirib.
Azərbaycanın Prezidenti xüsusi olaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq strateji mərhələyə qədər yüksəlib.
Eyni zamanda İlham Əliyev çıxışında Azərbaycanın perspektivində Ukraynaya nəql etdiyi neftin həcmini artırmağa hazır olduğunu deyib: "Biz cari ildə Ukrayna bazarlarına 1 milyon ton neft nəql etmişik. Gələcəkdə bu həcmi artırmağı planlaşdırırıq, perspektivdə də Xəzərin şərq sahilindən bizim qonşularımızın nefti də nəql edilə bilər. Bu, Xəzər regionu ölkələrinin inteqrasiyasına yardımçı ola bilər. Bununla belə biz daha bir enerji regionu yaradacağıq. Bu, tammiqyaslı əməkdaşlıq olacaq".
İlham Əliyev bildirib ki, bu əməkdaşlığın nə qədər uğurlu olması digər enerjidaşıyıcılarının nəqli ilə bağlı digər məsələlərin həllindən asılıdır. Azərbaycanın Prezidenti qeyd olunan məsələni ukraynalı həmkarı ilə müzakirə etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB