Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşiliklər unudulmur

Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşiliklər unudulmur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. AMEA-dan SİA-ya bildirilib ki, tədbirdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov erməni silahlı qüvvələrinin 26 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı əməllərdən danışıb. Tarixboyu ermənilərin Azərbaycan torpaqlarına göz dikdiyini söyləyən akademik qeyd edib ki, Xocalıda dinc əhaliyə qarşı törədilən erməni vəhşilikləri unudulmamalıdır.

Sonra əslən Xocalıdan olan aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Rəhim Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə canlı şahidi olduğu qanlı hadisələrdən söz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə