Nuranə Şıxəliyeva: “Biz qan yaddaşımızı dünyaya tanıtdırmalıyıq” AÇIQLAMA

Nuranə Şıxəliyeva: “Biz qan yaddaşımızı dünyaya tanıtdırmalıyıq” AÇIQLAMA

“Məhz dövlətimizin apardığı uğurlu və qətiyyətli siyasəti nəticəsində Azərbaycan xalqı Xocalı soyqırımını dünyanın qəbul etdiyi bir faktora çevirə bilib. Çünki əsrin faciəsi olan Xocalı soyqırımında erməni vəhşiləri ölçüyəgəlməz terror hadisəsini qanlı tarixə yazıblar.” Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, təhsil üzrə ekspert Azərbaycan Alpaqut Federasiyasının vitse prezidenti Nuranə Şıxəliyeva soyqırımının 26-cı ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bir şəhərin gecə ikən erməni və rus hərbi birləşmələri tərəfindən yer üzündən silinməsi tarixdə az-az görünən məsələlərdəndir: “Söz yox ki, Azərbaycanın öz daxilində məlumat mühiti genişdir, bu ətrafda təhsil müəssisələrində, idarə və təşkilatlarda və mediamızda hər il geniş məlumatlar verilir. Lakin onu da xatırlatmaq yerinə düşər ki, Xocalı soyqırımını ölkəmizdən kənarda 12 ölkə və ABŞ-ın 21 ştatı tanıyıb. Hətta bu hadisələrlə bağlı hər ildönümündə böyük və silsilə tədbirlər keçirilir. Bu il də öncəki illərdə olduğu kimi, bir çox Avropa və Qərb ölkələrinin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı məlumat lövhələri asılır, işğalçı Ermənistanın səfirlikləri qarşısında etiraz nümayişləri təşkil edilir. Bu baxımdan, qeyd edə bilərik ki, ümumiyyətlə Xocalı soyqırımı artıq avropalılara tanış olan bir hadisədir. Bütün bunların reallaşdırılmasında isə əlbəttə, ölkə rəhbərliyimiz, Heydər Əliyev Fondu, eləcə də xarici ölkələrdəki diplomatik nümayəndələrimiz, fəaliyyət göstərən diaspora təşkilatlarımız kifayət qədər böyük işlər aparıblar. ”.

Nuranə Şıxəliyeva bildirib ki, xalqımız bununla da kifayətlənməməli, 20-ci əsrin bu faciəsi haqqındakı məlumatların daha dərin qatlara getməsinə nail olmalıdır: “Bunun üçün bizlər yalnız görülən işlərlə kifayətlənməməli, daha təşəbbüskar olaraq, qan yaddaşımızı dünyaya tanıtdırmalıyıq və bu istiqamətdəki işlərimizi davam etdirməliyik”.

Ekspert həmçinin bildirib ki, tezliklə Azərbaycan xalqı işğal olunmuş torpaqlarına geri dönəcək və Xocalı soyqırımını törədən qaniçənlər bu qanlı əməllərinə görə mütləq cavab verməli olacaqlar: “Biz 2016-cı ilin aprelində Azərbaycanın Şanlı Ordusunun işğal olunmuş ərazilərimizin bir qisminin azad edilməsinin şahidlərinə çevrildik. Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan nəhəng quruculuq və abadlıq işləri də buna sübutdur. Bu, böyük qayıdışın ilkin mərhələsi idi və xalqımız öz dövlətinə arxalanaraq və məhz bu dövlətin ətrafında sıx birləşərək, qələbə və zəfər yürüşlərini davam etdirəcək”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə