XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 26-cü ildönümü ölkəmizin hər yerində, o cümlədən də dini və inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinmin səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə məscidi dini icmasının rəhbəri, İlhahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli SİA-ya soyqırımı hadisəsinin 26-cı ildönümü ilə bağlı bildirib ki, bu vəhşilik erməni terrorunun nümunəsi, qəddarlığın qanlı gerçəklərindən biridir: "Bir əsrdir ki, bütün dünyaya “biz soyqırıma məruz qaldıq” yalanını, böhtanını, iftirasını qəbul etdirməyə çalışan cinayətkarların özləri 26 il əvvəl soyqırımı həyata keçirdi”-deyə qeyd edən Hacı Surxay Məmmədliyə görə, acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə bu gün də cəzadan yayınmış erməni terrorçuları 1992-ci ildə törətdikləri qanlı əməlləri zamanı beynəlxalq konvensiyalara, qətnamələrə belə, məhəl qoymadılar: “İnşəAllah, Azərbaycan xalqı öz dövlət rəhbərliyi ətrafında sıx birləşərək, işğal altındakı torpaqlarımızın azad edəcək və həmin vaxt bu cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar. Biz, buna inanırıq”
“Bu faciə bizə canlarımız qədər əziz və dəyərli olan bacı və qardaşlarımız şəhidlik məqamına yüksəldilər”-deyə qeyd edən profeddor istər Azərbaycanın müstəqilliyi, istər torpaqlarımızın azadlığı, istərsə də Xocalı soyqırımında həlak olmuş insanlarımızın hər birinin şəhidlik şərbəti içdiklərini bildirib: “Onlar ən ali məqama-şəhidliyə yetişiblər. Elə bir məqama ki, bu məqam haqqında əziz İslam Peyğəmbəri Məhəmməd (s) buyurub: “Şəhiddən başqa ölümündən sonra, Allah yanında xeyir nemətlərdən bəhrələnən heç bir şəxs bütün dünyanı ona bağışlasalar belə yenidən dünyaya qayıtmaq istəməz, çünki o. şəhadətin fəzilətini bildiyinə görə dünya öldürülmək üçün dünyaya qayıtmasın arzulayar”.
Hacı Surxay Məmmədli Hz. Rəsulullahın (s) digər bir kəlamını da xatırladıb və bildirib ki, Peyğəmbərimiz (s) ailəsi uğrunda zülmlə öldürülənlərin, qonşusu uğrunda zülmlə öldürülənlərin, şəhid olduqlarını öz müqəddəs hədislərində buyurub.
“Allah Subhanu Təala torpaqlarımızın müdafiəsi və müstəqilliyimiz uğrunda öldürülən bütün şəhidlərə rəhmət eləsin və bizə də onların şəfaətinə nail olmağa nəsib etsin"-deyə QMİ-nin səlahiyyətli nümayəndəsi, professor Hacı Surxay Məmmədli vurğulayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB