Rusiyalı deputat: “Regionlar özləri qlobal geosiyasi bir qüvvənin meydana çıxmasında maraqlıdırlar"-AÇIQLAMA

Rusiyalı deputat: “Regionlar özləri qlobal geosiyasi bir qüvvənin meydana çıxmasında maraqlıdırlar"-AÇIQLAMA
Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərpa olunması üçün iri dövlətlərdən birinin, ya da dövlətlər birliyinin rolu vacibdir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Markov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Rusiya və Türkiyə ittifaqının perspektivliyini qeyd edən rusiyalı deputat bildirib ki, əgər region öz ixtiyarına buraxılarsa, bu, vəziyyətin gərginləşməsinə, çoxillik qlobal qarşıdurmalara gətirib çıxaracaq.

"Regionlar özləri qlobal geosiyasi bir qüvvənin meydana çıxmasında maraqlıdırlar. Lakin bu gün Cənubi Qafqazda bu qüvvənin kim olacağı aydın deyil. Rusiya həddindən artıq zəifdir. Avropa İttifaqının daxili problemləri son dərəcə çoxdur, ABŞ isə İraq və Əfqanıstandakı müharibələrdə batıb-qalıb",- deyə Markov söyləyib.
Hazırda regionda sürətlə inkişaf edən Türkiyə və Rusiya ittifaqının nüfüz qazanacığını dilə gətirən deputat İran bu ittifaqa daxil ola bilməyəcəyini söyləyib: "Çünki onun maraqları dairəsinə daha çox Yaxın Şərq daxildir. Cənubi Qafqazda Rusiya-Türkiyə ittifaqının nə dərəcədə effektiv olacağını zaman göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə