Masallıda yeni tibb müəssisəsi istifadəyə verilib

Masallıda yeni tibb müəssisəsi istifadəyə verilib

Masallı rayonunda yeni həkim məntəqəsi istifadəyə verilib. SİA-nın cənub bürosunun məlumatına görə, inşasına 2009-cu ilin sonlarından başlanan Təzəkənd kəndindəki tibb məntəqəsinin açılışında Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məntəqə rayon mərkəzi xəstəxanasının daxili imkanları hesabına inşa olunub. Açılış mərasimində bildirlib ki, məntəqə zəruri tibb avadanlıqları ilə təchiz edilib. Burada 1 ixtisaslı ailə həkimi və 10 orta tibb personalı sakinlərin sağlamlığının keşiyində duracaq. Kənd sakinlərinə burada ailə həkimi, pediatriya, mamalıq, peyvənd sahəsində tibbi xidmətin göstərilməsi mümkün olacaq.

Əlavə edək ki, son 5 ildə Təzəkənddə yeni orta məktəb və Poçt binası istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə