Azərbaycan və Ukrayna prezidentləri Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət ediblər
Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət ediblər.
SİA-nın məlumatına görə, abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç "Əbədi məşəl"in önünə əklil qoydular, 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib.
Dövlətimizin başçısı qədim Kiyev şəhərinin mənzərəsini seyr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB