Gənclər üçün Təhsil Mərkəzi ali məktəblərdə silsilə görüşlərə başladı

Gənclər üçün Təhsil Mərkəzi ali məktəblərdə silsilə görüşlərə başladı

Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə silsilə görüşlərin keçirilməsinə start verdi. SİA-nın məlumatına görə, əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.

Bu gün ilk görüş Əmək və Sosial Münasibətlər Akademiyasında başlayıb. Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsinin məsul əməkdaşı Şahin Məhəmmədov görüş iştirakçılarına dolğun məlumatlar vermiş, Mərkəzin tələbələrlə əməkdaşlıq imkanlarından danışıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara zəruri informasiya materialları paylanıb.

Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq "Tələbə Qrant Proqramı" vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirmiş, ilk və pulsuz paylanan "Tələbə" qəzetini buraxmış, tələbə radiosunun yaradılmasına kömək etmiş və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə