“Seçki kampaniyasının təşkilində İsveç təcrübəsi” mövzusunda seminar keçirilib
Bu gün İsveçin Moderad Partiyasının Hjarl Hjarmarson Fondu və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) birgə təşəbbüsü ilə 7 noyabr parlament seçkilərinə həsr olunmuş "Seçki kampaniyasının təşkilində İsveç təcrübəsi" mövzusunda seminar keçirilib. Seminar AMİP-in seçkilərdə iştirak edəcək müşahidəçi qruplarının rəhbərləri və vəkillər üçün təşkil edilib. SİA-nın məlumatına görə, konfransda İsveçin hakim Moderat Partiyasının məsul şəxsləri və parlament üzvləri də iştirak edib.
Konfransın bu qəbildən keçirilən üçüncü tədbir olduğunu deyən AMİP-in baş katibi Arzuxan Əlizadə qeyd edib ki, oktyabrın 26-dakı seminar təmsil etdiyi partiyanın regionlardan olan namizədləri və onların seçki qərargahlarının rəhbərləri üçün təşkil edilib. O, dünən isə Bakı və Sumqayıt şəhərindəki seçki dairələri üzrə partiyanın qeydə alınan namizədləri və onların seçki qərargahı rəhbərləri üçün seminarın keçirildiyini söyləyib.
Təmsil etdiyi partiyanın 2003-cü ildən Beynəlxalq Demokratiya İttifaqı çərçivəsində İsveçin Moderat Partiyası ilə əməkdaşlıq etdiyini bildirən AMİP-in baş katibi Hjarl Hjarmarson Fondunun bir sıra ölkələrdə azad cəmiyyətin formalaşmasına dəstək layihələri həyata keçirdiyini vurğulayıb: "Əvvəlki səfərlərində fondun nümayəndələri demək olar ki, Azərbaycanın bütün regionlarında olublar və seçkilərlə bağlı müxtəlif seminarlar, treninqlər təşkil ediblər. Bu dəfə vaxt azlığına görə, 3 gün yalnız Bakı şəhərində olublar".
Hjarl Hjarmarson Fondunun baş layihə meneceri Katarina Ualberq çıxışında vurğulayıb ki, Fond müstəqil müəssisədir və eyni zamanda Moderat Partiyası ilə sıx əməkdaşlığa malikdir. Fondun ilk layihələrinin Balkan ölkələrində həyata keçirildiyini deyən menecer bildirib ki, əsas məqsəd inkişafa nail olmaqdır. O, bu məqsədə seminarlar, treninqlər və müxtəlif kurslar vasitəsilə çatmaq istədiklərini bildirib.
Seminar AMİP və Moderat Partiyasının nümayəndələrinin çıxışları ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB