Əli Həsənov: “Beynəlxalq müşahidəçilərin seçki prosesini izləmək üçün Azərbaycana gəlməsində heç bir problem yoxdur” - MÜNASİBƏT (VIDEO Səs TV-də)

Əli Həsənov: “Beynəlxalq müşahidəçilərin seçki prosesini izləmək üçün Azərbaycana gəlməsində heç bir problem yoxdur” - MÜNASİBƏT (VIDEO Səs TV-də)

Azərbaycanda tamamilə sabit seçkiqabağı vəziyyət müşahidə olunur, siyasi mübarizə üçün bütün şərait yaradılıb, seçki institutları dinamik fəaliyyətdədirlər. SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda seçkiqabağı kampaniya ilə əlaqədar ciddi hüquq pozuntuları müşahidə edilmir və bir sıra seçki dairələrində yaranan problemlər seçici institutları tərəfindən vaxtında öyrənilir və qarşısı alınır.

 

Seçkilərin gedişini izləmək üçün Azərbaycana gələcək bütün beynəlxalq müşahidəçilərə viza verilməsi məsələsinin həll olunduğunu deyən Əli Həsənov Beynəlxalq müşahidəçilərin seçki prosesini izləmək üçün Azərbaycana gəlməsində heç bir problemin olmadığını qeyd edib. Onun sözlərinə görə, seçkilərin gedişini izləmək üçün Azərbaycana gələcək bütün beynəlxalq müşahidəçilərin, o cümlədən KİV nümayəndələrinin, ATƏT, Avropa Şurası, Avropa Parlamenti müşahidə missiyalarının, ayrı-ayrı ölkələrin MSK və parlament nümayəndə heyətlərinin üzvlərinə vizaların verilməsi və digər məsələlər həll olunub: "Ümumiyyətlə, xarici vətəndaşların Azərbaycana gəlməsi ilə bağlı heç bir problem yoxdur. Sadəcə biz bu məsələdə qayda-qanun yaratdıq. Əvvəllər xarici ölkələrdə bizim səfirliklərimiz, konsulluqlarımız ola-ola xarici ölkə vətəndaşları birbaşa Azərbaycana gəlir və hava limanında viza alırdılar. Bu səbəbdən hesab edirik ki, Azərbaycanın səfirliklərinin, konsulluqlarının fəaliyyət göstərdiyi ölkələrin vətəndaşları bu strukturların imicinə müvafiq olaraq onlara müraciət etməli, o qurumlardan viza almalı və normal qaydada ölkəyə giriş-çıxışı həyata keçirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə