ETSN-in “Qaynar xətt”inə bu ilin III rübü ərzində 95 müraciət daxil olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə bu ilin III rübü ərzində yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlər araşdırılıb və qanuna müvafiq tədbirlər görülüb.
Ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olmuş 78 şikayətdən 6-da ağacların aşdığı və aidiyyəti qurumlar tərəfindən doğranaraq daşındığı müəyyən edilib, 6 müraciət üzrə ağacların təhlükə yaratması barədə faktlar təsdiq edilməyib. 51 şikayətlə bağlı yerində araşdırma aparılıb və təhlükə yaradan ağacların inkişafda olması nəzərə alınaraq onların təhlükəsiz səviyyədə Dövlət Ekspertiza İdarəsinin rəyinə əsasən budanması razılaşdırılıb və rəyin icrasının təmin edilməsi üçün müraciət edən vətəndaşlar Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönəldilib.
Ağacların aşma təhlükəsi ilə bağlı daxil olan 3 şikayətə hazırda baxılır və qısa zaman ərzində Dövlət Ekspertiza İdarəsi tərəfindən müvafiq rəy bildiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB