Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub - FOTO

Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub - FOTO
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə Goranboy rayonunda kitabxana-informasiya sahəsində mühüm işlər həyata keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub, fasadı yenidən qurulub, müasir informasiya texnologiyaları, inventar və avadanlıqlarla təmin edilib.

Respublikada ilk dəfə olaraq Qızılhacılı, Təhlə, Yeniyol, Xanqərvənd kənd kitabxana filiallarının bazasında modern tipli kənd kitabxana filialları yaradılıb. Sözügedən kitabxana filialları əsaslı şəkildə yenidən qurulub, inventar və avadanlıqlarla təmin olunub.

Qızılhacılı modern kənd kitabxana filialı uşaq ədəbiyyatı ilə zənginləşdirilib. Burada geniş konfrans zalı, qəsəbə haqqında məlumat verən guşələr, habelə rayonun qədim tarixini əks etdirən eksponatlar oxuculara nümayiş etdirilir.

Bundan başqa, Yolqulular, Qaramusalı kənd kitabxana filialları üçün də yeni binalar inşa olunaraq istifadəyə verilib. Dəliməmmədli şəhər uşaq kitabxanası, Borsunlu, Məşədiqaralar, Abbasqulular, Səfikürd kənd kitabxana filialları isə əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə