Bu il 4 134 işsiz vətəndaş münasib işlərlə təmin olunub

Bu il 4 134 işsiz vətəndaş münasib işlərlə təmin olunub
Cari ilin 9 ayı ərzində Məşğulluq Xidməti orqanları tərəfindən 18 701 nəfər işaxtaran vətəndaş münasib işlə təmin edilib, 1177 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2 991 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Cari ilin 9 ayında respublikanın şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində 4 134 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" tərəfindən 2 902 nəfər işsiz vətəndaş, o cümlədən 1 637 nəfər qadın, 1 317 nəfər gənc, 128 nəfər qaçqın və məcburi köçkün, 24 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.

Bu müddətdə Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında keçirilən yarmarkalarda 271 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. İlin 9 ayında 73 254 nəfər peşəyənümü məsləhətlərinə cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə