Bin Laden Fransanı Əfqanıstandakı hərbi qüvvələrini çıxarmağa çağırır

Bin Laden Fransanı Əfqanıstandakı hərbi qüvvələrini çıxarmağa çağırır

Üsamə Bin Ladenin yeni səsi olduğu deyilən audioyazıda mesajda keçən ay Nigeriyada 5 fransalının Fransada müsəlmanlara mənfi münasibətə cavab olaraq edildiyi deyilir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Əl-Cəzirə televiziyası ilə bu gün səsləndirilən audioyazıda Bin Laden Fransanı Əfqanıstandakı hərbi qüvvələrini çıxarmağa çağırır: "Bizim torpaqları işğal edərək qadın və uşaqlarımızı qətlə yetirən Fransa sülh və əmin-amanlıq şəraitində yaşaya bilməz".

Fransanın Əfqanıstanda 4 minə qədər əsgəri xidmət göstərir. Bin Laden eləcə də Fransaya gələn ildən başlayaraq müsəlman qadınların üzlərini örtməsinə qadağa qoyduğuna görə də hədə-qorxu gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə