Lənkəranda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı seminar keçirilib
Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyası Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması mövzusunda növbəti regional seminarını Lənkəranda keçirib.
SİA-nın cənub bürosunun məlumatına görə, seminarda cənub rayonlarında fəaliyyət göstərən səhiyyə, mədəniyyət, nəqliyyat və digər həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı regionda fəaliyyət göstərən 10-dan çox sahibkar da iştirak edib.
Kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının hazırki vəziyyətinin müzakirə olunduğu seminarda həmçinin bu sahədə işəgötürənlərlə əməkdaşlıq məsələlərinin vacib olduğu da diqqətə çatdırılıb. Seminarda o da vurğulanıb ki, kiçik və orta sahibkarlıq müəssisələrində hər il 200-ə yaxın həmkarlar təşkilatı yaranır. Bununla yanaşı 150-ə yaxın həmkarlar təşkilatı ləğv olunur.
Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyasının katibi Həsən Cəfərov çıxışında bildirib ki, hər il həmkarlar təşkilatları ittifaqlarına 240 minə yaxın müraciət daxil olur və bu müraciətlərin çoxu sosial-iqtisadi problemlərlə bağlı olur. Həmkarlar ittifaqına işdən çıxarılma ilə bağlı müraciətlərin 90 faizi işçilərin yenidən işlədikləri müəssisədə işlə təmin olunması ilə nəticələnir.
Qeyd edək ki, bu gün Azərbaycanda işçilərin ümumi sayının 38 faizi həmkarlar təşkilatlarında birləşir. Hazırda ölkədə 26 sahə üzər həmkarlar təşkilatı fəaliyyət göstərir ki, bu təşkilatlarinda 19 minə yaxın üzvü var.
Xaçmaz və Gəncədən sonra Lənkəranda keçirilən bu tədbir sayca üşüncü seminar olub .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB