Maisə Rəhimova: “Suyun altında arxeoloji tədqiqatların aparılması üçün mütəxəssislər xarici ölkələrə təlimə göndəriləcək”

Maisə Rəhimova: “Suyun altında arxeoloji tədqiqatların aparılması üçün mütəxəssislər xarici ölkələrə təlimə göndəriləcək”

"Azərbaycanın su altında qalan qədim yaşayış ərazilərində arxeoloji tədqiqatların aparılması nəzərdə tutlub". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəmkirdə sfərədə olan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, artıq bu istiqamətdə ilkin addımlar atılıb və Xəzər dənizində arxeoloji tədqiqatların təşkili yönündə kəşfiyyat işləri həyata keçirilib.

"Bilirsiniz ki, suyun altında arxeoloji tədqiqatlar aparmaq olduqca çətindir. Bunun üçün xüsusi texnikalar, həmçinin mütəxəssislər lazımdır. Artıq biz bu işə başlamışıq. Gələn ildən su altında arxeoloji tədqiqatların aparılması üçün bir qrup mütəxəssis xarici ölkələrdə təlimə göndəriləcək", M. Rəhimova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə