2011-ci ilin yazında Çexiya prezidentinin Azərbaycana işgüzar səfəri gözlənilir

2011-ci ilin yazında Çexiya prezidentinin Azərbaycana işgüzar səfəri gözlənilir
Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı qurulub. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula bu gün keçirilən Çexiya -Azərbaycan biznes forumunun açılış mərasimində deyib. R.Matula 2011-ci ilin yazında Çexiya prezidentinin Azərbaycana işgüzar səfərinin gözlənildiyini də deyib.

O bildirib ki, cari ilin mart ayında iki ölkə arasında ticari-iqtisadi əlaqələrə dair razılaşma imzalanıb ki, bu razılaşma çərçivəsində ikitərəfli qarışıq komissiyanın yaradılması planlaşdırılır.Onun sözlərinə görə, həmin komissiya elmi-texniki əməkdaşlıq məsələləri ilə məşğul olacaq.

" Komissiya hələ ki, tam olaraq formalaşmayıb. Hazırda onun həmsədrlərinin, tərkibinin ilk iclasının vaxtinin təyini məsələləri gözlənilir. Tam olaraq dəqiq tarixi deyə bilmərəm. Ancaq iclasın 2010-cu ilin sonuna kimi keçirilməsi şansı var"- deyə o qeyd edib.

Diplomat həmçinin qeyd edib ki, Azərbyacan və Çexiya arasında imzlanmalı olan qarşılıqlı sərmayənin genişləndirilməsi və qorunması ilə bağlı müqavilə demək olar ki, hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə