Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-da saat 09.20-dən 09.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.55-dən 17.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 27-də saat 04.35-dən 05.05-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB