Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar zamanı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan və Tillerson arasında qapalı görüş 3 saat 15 dəqiqə davam edib.
Görüş zamanı Ərdoğan və Tillerson ilk növbədə Suriya və İraq olmaqla regional problemləri, ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb.
Görüşdə Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu da iştirak edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB