“Vətəndaşlıq borcumuzu vəzifə borcumuzdan aşağı düşünməməliyik” MSK sədri

“Vətəndaşlıq borcumuzu vəzifə borcumuzdan aşağı düşünməməliyik” MSK sədri

“Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir”. SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

MSK sədri bildirib ki, seçkilər ölkənin demokratik prinsiplərə nə qədər malik olduğunun göstəricisidir: “Biz çalışmalıyıq ki, seçkilər Azərbaycandan kənarda da yüksək qiymətləndirilsin. Təbii ki, seçkilərə qərəzli münasibətlər olur. Buna qarşı mübarizə aparmaq lazımdır, burada ən yaxşı mübarizə yolu seçkilərin şəffaf, demokratik keçirilməsidir. Yaradılmış əlverişli şərait əsasında Azərbaycan dünyanın sayılıb-seçilən ölkələrindən biridir. Azərbaycan hətta bir çox ölkələrdən irəlidədir və çalışmalıyıq ki, bizi istəməyən qüvvələr də bunu qəbul etsin”.

MSK sədri vurğulayıb ki, seçkilərdə müşahidəçilərin çeşidi və coğrafiyası çox geniş olacaq. Seçkilərə qiymət verilməsi baxımından da müşahidəçilərin iştirakı böyük əhəmiyyət kəsb edir: “Burada hər birimiz öz vətəndaşlıq borcumuzu vəzifə borcumuzdan heç də aşağı düşünməməliyik. Ümid edirəm ki, biz bu məsələlərin öhdəsindən layiqincə gələcəyik. Azərbaycan xalqı 11 aprelin xoşbəxt tarixə çevrilməsi üçün düzgün qərar verəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə