"Qarşıdan gələn seçkilər şəffaflıqla və uğurla reallaşacaq” Fərhad Abdullayev

"Qarşıdan gələn seçkilər şəffaflıqla və uğurla reallaşacaq” Fərhad Abdullayev

"Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir". SİA-nın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

F.Abdullayev bildirib ki, bu gün dünyada çox mürəkkəb proseslər baş verir və bu proseslər əlbəttə ki, seçkiyə də sirayət edir:

“Bu gün Azərbaycanda biz hər birimiz Azərbaycan vətəndaşı kimi bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik şəraitində şəffaflıqla və uğurla reallaşacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə