Keçmiş deputat Vətən xainlərinin “başlarını” təkbaşına “bağladı” və Avropaya təşəkkür etdi
Milli Məclisin keçmiş deputatı, jurnalist Etibar Hüseynovun Avropada “siyasi mühacir”, yaxud “dissident” adı altında yaşayaraq, anti-Azərbaycan dairələrdən təlimat alan tərəfləri – Orduxan Teymurxanı, Məhəmməd Mirzəlini, Tural Sadiqlini “facebook” sosial şəbəkəsi vasitəsi ilə debata çağırması və qarşı tərəflərin müxtəlif bəhanələrlə debata gec qatılmaları və ya debatı tez-tələsik tərk etmələri bir daha sübut etdi ki, onların dövlətçilik əleyhinə fəaliyyətləri növbəti dəfə ifşa olundu. Daha dəqiq desək, sabiq deputatın üç nəfərlə birdən siyasi polemikaya qatılmasından sonra onun tərəfindən ortaya çıxarılan arqumentlər və faktlar milli satqınların meydandan qaçmaları ilə müşahidə olundu.
Etibar Hüseynov: “Üç də olsalar birinə dəymədilər məncə. Gələn dəfə deyəcəm beş nəfərlə gəlsinlər”
Yeri gəlmişkən, Etibar Hüseynov bununla bağlı ilginc status paylaşaraq qeyd edib ki, onlar növbəti dəfə də debata qatılacaqlarını desələr də, bəziləri sonradan onu blok edərək, həmin vədlərinə də xilaf çıxıblar. Misal üçün, keçmiş millət vəkili yazır: “Biri bəhanə eləyib tez getdi, o birisi bəhanə gətirib gec gəldi...Amma üç də olsalar birinə dəymədilər məncə. Gələn dəfə deyəcəm 5 nəfərlə gəlsinlər. Hər halda söz verdilər ki, yaxın vaxtlarda yenə də söhbətləşəcəklər. Hansı ki, bu cəsarətdə bulunacaqlarına heç inanmıram...”
Göründüyü kimi, artıq neçə günlərdir ki, sosial şəbəkələrdə müxtəlif adlarda profillər açaraq, dövlət maraqlarımız əleyhinə ən cılız və insanlıq ləyaqətinə sığmayan ifadələr, karikaturalar və s. məzmunlar paylaşan Vətən xainləri hətta “şərəfsiz” ifadəsini belə, özlərinə təhqir hesab etmədiklərini etiraf ediblər.
Məhəmməd Mirzəli “şərəfsiz” sözünü özünə təhqir hesab etmir...
Digər tərəfdən, Azərbaycanın hərtərəfli inkişafı, mətbuat və ifadə, həmçinin sərbəst toplaşma azadlığı, demokratik dəyərlərin qorunması və bu kimi digər amillərin ölkəmizdə mövcudluğunun ardınca, E.Hüseynovu blok edənlər sonradan jurnalistin onlar barədə özünəməxsus ironik status yazması ilə müşahidə edilib. Keçmiş deputat daha sonra qeyd edib: “Məhəmməd Mirzəli məni blok elədi. "şərəfsiz" sözünü özünə təhqir hesab etmədiyini söyləyən, bütün gününü onu-bunu təhqir etməklə keçirən bu yoldaş, debatdan yarımçıq getməsinə irad tutduğum üçün məndən küsdü”.
Orduxan Teymurxan otuz ildir Avropada yaşamasına rəğmən, tərbiyəsi, mədəniyyəti sıfır həddindədir – bu “adam” qışqırmaq üçün yaranıb
“Yəqin ki, Orduxan da "küsüb" gedəcək”-deyə statusuna davam edən jurnalist ifadəsini belə anlatdır ki, qarşı tərəflər Vətəndən kənarda özlərini “mübariz adam” kimi hiss etsələr də bu kimi davranışlarını Azərbaycanda sərgiləməyə cürətləri çatmır: “Zatən bu adamlar arxada şir pələngdirlər; üz-üzə oturub sağlam polemika aparası halları yox. Bu gün şahidi oldum ki, (Tural Sadiqli istisna-E.H.) bu adamların birinin danışıq qabiliyyəti , digərininsə dinləmek mədəniyyəti yoxdur. Orduxan 30 !! İldir ki, Avropada yaşayır. Hələ buna rəğmən adamda elementar mədəniyyət, tərbiyə deyilən şey yoxdur. Adam sanki söyüş, təhqir və ən yumşaq halda desək qışqırmaq üçün yaranıb. Təsəvvür edəndə ki, bu hələ 30 ildir Avropada yaşayıb bu gündədir, getməyib qalsaydı hansı günde olardı - adam dəhşətə gəlir. Bütün günü deyir ki, YAP-ın trolları gizli imza ile təhqir yazır, çağırmışdım da üzbəüz dialoqa, niye qorxundan gəlib çıxmadın? Vallah belələri elə yaxşı edib vaxtında gediblər. Təşəkkürlər sənə Avropa…”
Beləliklə, növbəti fakt ortadadır və bu faktı danmaq ümumiyyətlə, mümkün deyil. Əgər sabah-birigün digər siyasi bilgisi olan kəslər bu kimi xəyanətkarlar yığnağını debata çağırarlarsa, onlar yenidən bənzər addımları ilə, bəhanələri ilə həmin debatlardan sözün əsl mənasında dabanlarına tüpürüb qaçacaqlar. Necə deyərlər, kor-kor, gör-gördür…
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB