Fikrimcə, insanlar müxtəlif olduğu kimi, düşüncələri, xarakterləri, duruş və danışıqları da fərqlidir. Yaponiya alimlərinin gəldikləri qənaətə görə, dünyada iki eyni danışığa, bədən quruluşuna, rənginə və digər xüsusiyyətlərinə görə, insan tapmaq mümkün deyil. Əgər bu gün yer üzərində 7 milyarda yaxın insan yaşayırsa, deməli, 7 milyard fərqli insanlar mövcuddur. Buraya kimin varlı, kimin kasıb, kimisinin isə ortabab yaşadığını nəzərə alsaq, dünyamızın rəngarəng olduğunu demək olar. Həm də maraqlıdır ki, heç də bütün hallarda bir şəxs onu əhatə edən insanlar tərəfindən sevilmir. Elə götürək məni. Çoxları ola bilər ki, məni heç sevməsin, amma mənim də xoşlamadığım Adəm övladları mövcuddur. Açıq deyəcəm. Soros fondunun yaradıcısı və rəhbəri Corc Sorosu heç xoşlamıram. Ona görə yox ki, o həddindən artıq varlıdır, milyardları var, mən kasıbam. Sadəcə, bu şəxs haqqında o, qədər qulağıma söz-söhbət, məlumatlar çatıb ki, artıq bu məxluqdan zəndeyi-zəhləm getməyə başlayıb. Demək istərdim ki, iti görüm, qurdu görüm, axır ki, bu məxluq haqqında nəsə eşitməyim.
Bu məxluq fırıldaqçı, dələduz, həm də şpiyondur. Əlləm-qəlləm əməllərinə görə, dəfələrlə yaşadığı ABŞ-da haqqında cinayət işi qaldırılıb. Elə bu yaxınlarda Nyu-Yoru və Vaşinqton ştatının əhalisi bir növ sözu bir yerə qoyaraq, ABŞ prokurorluğuna Corc Sorosun fırıldaqçı və dələduz olması səbəbindən cinayət işi qaldırılıb dama salınması barədə müraciət-iddia ünvanlayıblar. Sonunun necə olacağını demək çətin olsa da, amma fakt odur ki, bu qoca, tülkü nəinki bəzi ölkə xalqlarını, eləcə də, ABŞ vətəndaşlarını da boğaza yığıb. Ondan qurtulmaq üçün müxtəlif yollar və variantlar olsa da, pulu olması, hələ ki, bu imkanların həyata keçirilməsinə şərait yaratmır. Hələ ki, 87 yaşlı bu qoca fırıldaqçı meydan sulayıb, at oynadır. O günləri də özündən 42 yaşlı kiçik bir madmauzel ilə evlənib. Tomiko Boltono adlı bu madmauzel milyarderlə evlənməsindən o qədər cuşa gəlib, məmnun olub ki, palsız-paltarsız çıxıb fotoqraflar önündə dişlərini ağarda-ağarda müxtəlif pozalarda şəkillər çəkdirib. Hətta bu madmauzel müxbirlərin birinə deyib ki, caniki Corc
ona dəyəri 10 milyon dollar olan boyunbağı alıb. Varlığa nə darlıq, pulu-parası başından aşan Corc Soros sağa-sola pul xərcləyir. Əslində, onun tay-tuşu çoxdan İnkir-Minkirin sorğu-sualından keçib, oturub cəhənnəmin isti bucağında. Hərdən də başına bir şillə, qarnına da bir təpik vurub, etdiyi əməllərinə görə cavab verir. Amma pulun gücü 87 yaşlı qoca köpəyi ayaqda saxlayır. Bir növ, qırmızı pazı kimidir. Yerə vursan, yer dağılar. Hələ utanmaz-utanmaz Vaşinqtonda barlara gedib az qala nəvə-nəticəsi yaşında olan uşaqlarla tanqo gedir. Hələ ki, dövran onundur. Məsəl var, deyərlər, heç kim əbədi qala bilməz. Bizlərdə Azərbaycansayağı bir məsəl də var, Süleymana qalmayan dünya, sənə də qalmayacaq. Yəqin ki, heç xoşlamadığım Corc Sorosun da bir gün əlindəki əsa yerə düşəcək, dizləri bükülüb, canı ilə əlləşəcək. Həyatın qanunu budur.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB