Lənkəranda diabetli xəstələrin sayında artım narahatlıq doğurur. Bu barədə SİA-nın cənub bürosuna Lənkəran Sağlamlıq Mərkəzinin həkimi Aygün Qasımova bildirib. Onun sözlərinə görə, Lənkəranda diabetli xəstələrin sayı ildən-ilə artır. Artımın səbəblərini həkim-endikrinoloq əsasən irsi amillərlə bağlasa da, burada düzgün qidalanmamağın, mütəmadi stress hallarının yaşanmasını da xəstəliyin yaranmasında az rol oynamadığını önə çəkib.
Hazırda rayonda 2560-a yaxın diabetli xəstə qeydiyyata alınıb. Onlardan da 115 nəfəri cari ilin 9 ayında qeydiyyata alınıb. Qeydiyyatda olan xəstələrin 90 faizinin 35 yaşdan yuxarı insanların olduğunu deyən Aygün Qasımova 2010-cu ilin son 9 ayı ərzində 23 nəfərin şəkərli diabetdən vəfat etdiyini bildirib.
Qeyd edək ki, ölkədə 118 min 490 nəfər diabet xəstəsi qeydiyyata alınıb. Bunun 23 min 440 nəfəri 1-ci tip (şəkərsiz diabet), 95 min 50 nəfəri isə 2-ci tip (şəkərli diabet) xəstələrdir. Xəstələrin 964 nəfərini 18 yaşına çatmamış, 6300 nəfərini isə 18-29 yaş arası gənclər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB