Uve Xalbax: "Münaqişənin siyasi yolla həllinin mümkünlüyünü gözləmirəm"
"Təmas xəttində ATƏT-in müşahidə missiyasının sayının artırılması Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi problem idi və hazırda bununla bağlı addım atmağın vaxtıdır". SİA-nın xəbərinə görə, bunu Berlin Təhlükəsizlik və Beynəlxalq Əlaqələr İnstitutunun (SWP) eksperti Uve Xalbax açıqlayıb.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsini Abxaziya, Cənubi Asetiya və digərləri ilə müqayisə etsək, onların həllində müşahidə missiyası o qədər də ciddi təsirə malik deyil.
Bu razılıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüşlərin olacağı ilə bağlı sualı cavablandıran ekspert bu məsələdə şübhə etdiyini dilə gətirib: "Mən bu mövzuda çox şübhə edirəm. Çünki Ermənistan və Azərbaycan arasında qarşılıqlı güzəştlərin mümkünlüyü məhduddur. Münaqişənin həllində kompromislərin əldə olunmasında psixoloji maneələr Cənubi Qafqazdakı digər münaqişələrdən daha yüksəkdir. Bu baxımdan yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinin mümkünlüyünü gözləmirəm. Amma buna baxmayaraq, təmas xəttində davamlı monitorinqin artırılması, atəşkəsin kimin tərəfindən daha çox pozulması və ilk şiddətə başlayanın hansı tərəf olması ilə bağlı hesabatların verilməsini vacib hesab edirəm. Çünki, hazırda təmas xəttində baş verən toqquşmalarla bağl real görüntü yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB