Bu gündən Azərbaycanda parlament seçkilərini izləyəcək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələri üçün Beynəlxalq İnformasiya Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzin rəhbəri Elnur Baimov jurnalistlərə açıqlamasında bildirib ki, layihənin əsas məqsədi qarşıdan gələn parlament seçkiləri zamanı beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinə informasiya dəstəyinin göstərilməsidir. Onun sözlərinə görə, informasiya mərkəzində Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb: "Seçkilərlə bağlı gündəlik məlumatların əldə edilməsində, seçkilərdə rəsmi akkreditasiya zamanı, millət vəkili namizədləri və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə kömək göstəriləcək".
O, qeyd edib ki, mərkəzdə parlament seçkilərində iştirak edən iqtidar, müxalifət və bitərəf namizdlər seçkiləri izləyən xarici KİV nümayəndələri ilə təmasda ola biləcəklər Mərasimin açılışında eyni zamanda Prezident Administrasiyasının nümayəndələri, bir sıra KİV rəhbərləri də iştirak edib.
Qeyd edək ki, mərkəz ən müasir kompyuter texnikası və yüksək sürətli internetlə təchiz olunub. Mərkəzdə xarici jurnalistlər üçün istirahət otağı da yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB