İsrail Azərbaycandan viza ilə bağlı mövcud problemi aradan qaldırmaq üçün cavab gözləyir
İsrail Heydər Əliyev adına beynəlxalq hava limanında xarici vətəndaşlara viza verilməsinin ləğv olunması ilə bağlı narahatlığını bildirib. SİA-nın "izrus" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı İsrailin xarici işlər naziri Aviqdor Libermanla onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında telefon danışığı olub.
Tərəflər İsrail vətəndaşlarına vizaların verilməsinin asanlaşdırmaq üçün tədbirlərin görülməsi haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi olmadığı üçün Azərbaycana gəlmək istəyənlər Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə müraciət etməli olurlar. Belə ki, Azərbaycanın İsrailə ən yaxın səfirliyi İordaniyanın paytaxtı Əmmanda yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB