Oktyabrın 26-27-də Türkiyə Respublikasının Xarici Ticarət üzrə Dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gələcək. Nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, həmçinin işgüzar dairələrin 90-a yaxın nümayəndəsi daxildir. Bu barədə SİA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
2 günlük səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də nəzərdə tutulur. Tədbir çərçivəsində yerli məhsulların sərgisi təşkil olunacaq, türkiyəli qonaqlara Naxçıvan Muxtar Respublikasının tarixi, iqtisadi inkişafı və investisiya imkanları barədə məlumat veriləcək. Biznes forumda Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin müxtəlif bölgələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə ediləcək, yerli şirkətlər tərəfindən potensial investisiya layihələrinin təqdimatı keçiriləcək, əməkdaşlıq haqqında sənədlər imzalanacaq.
Tədbirdən sonra sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi, eləcə də türkiyəli iş adamlarının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra müəssisələrə səfərlərinin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB