Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasında iki erməni öldürülüb. SİA-nın "news.am" xəbər saytına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşları olan ermənilərin cəsədi hərbi bazadakı tualetlərdən birində oktyabrın 23-ü tapılıb.
Polisdən agentliyə verilən məlumata görə, müqavilə əsasında hərbi xidmət keçən 27 yaşlı Armen Zakaryan və 39 yaşlı Artur Yenokyanın cəsədlərinin üzərində zorakılıq əlamətləri aşkar olunub. Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq Şöbəsinin faktla bağlı araşdırmalara başladığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB