Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Fondun icraçı direktoru Fərhad Hacıyev deyib ki, 2017-ci il uğurlu olub. O, fondun maliyyələşdiriyi layihələrın statistikasını açıqlayıb: “İndiyədək fond 3909 layihəni maliyyələşdirib. Bunların 568-i 2017-ci ildə olub”.
F.Hacıyev bildirib ki, ölkədə aparılan siyasətin prioritet istiqamətlərindən biri gənclər sahəsidir. Onun sözlərinə görə, Azərbaycanda aparılan gənclər siyasəti dünyaya nümunədir.
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib ki, Azərbaycanda gənclər siyasətinin təməli sağlamdır: “Bunun təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənc Fondunun maliyyələşdirdiyi layihələr nə qədər keyfiyyətli icra olunarsa, fond da dəstəyini əsirgəməyəcək: “Gənclərə əmin olmalıdır ki, onlara xidmət edən dövlət qurumları onları dinləməyə hazırdır. Ölkə rəhbərliyi daim gəncləri dəstəkləyir”.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev da çıxışında gənclərin bütün sahələrdə fəal olduğunu qeyd edib: “Azərbaycanda gənclərə şərait yaradılır. Bu, belə də olmalıdır. Bütün bunların əsasını ümumilli lider Heydər Əliyev qoyub, hazırki prezident İlham Əliyev tərəfindən davam etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Ölkədə yalnız gənclər sahəsində deyil, bütün sahələrdə iş aparmışıq. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti mövcuddur”.
Nazir müavini qeyd edib ki, Gənclər Fondu təqdim olunan layihələri şəffaf şəkildə maliyyələşdirir, gənclərə dəstək olur.
Sonra hakim Yeni Azərbaycan Partyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Azərbaycan gənci vətənpərvər olmalıdır: “Ölkədə gənclərə proqramları həyata keçirilir. Bölgələrdə gənclərin məşğulluğu ilə bağlı tədbirlərin həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bugün uğurla davam etdirilir. Gənclər könüllü olaraq xaricdə lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Bu da nailiyyətdir. Gənclər Fonduna təqdim edilən layihələrin keyfiyyəti ildənilə artmaqdadır”.
Tədbir çıxışlarla davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB