İran Ermənistanı "qara qızıl"a tutacaq

İran Ermənistanı "qara qızıl"a tutacaq

Bu ilin sonuna kimi İranla Ermənistan arasındakı neft boru kəmərinin inşasına başlanılacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Ara Simoyan Ermənistanın 2011-ci il büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, layihə ikitərəfli anlaşma əsasında reallaşacaq: "Layihə üzrə əsas anlaşma Ermənistanın baş naziri Tiqran Sarkisyanın İrana səfəri zamanı baş tutacaq. Çünki artıq icraçilar tərəfindən razılaşma əldə olunub. Bu layihənin ümumi məbləği bir neçə milyard dollardır. Lakin iqtisadi böhrana görə, bu təxirə salınmışdı".

 

Qeyd edək ki, Təbrizdən Araqçaya qədər olan və ümumi uzunluğu 365 km təşkil edən neft boru kəmərinin Ermənistan ərazisində 265, İran ərazisində isə uzunluğu 110 km-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə