Lənkəranda ABŞ-da magistr təhsili almaq istəyənlər üçün tədbir keçirilib
Lənkəran İcma Məlumat Mərkəzində Amerikada magistr təhsili almaq istəyən gənclər üçün "Edmund S . Muskie Mubadilə Proqramı (Muskie)" çərçivəsində tədbir keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, tədbiri proqramın icraçısı Nərgiz Hacıyeva açaraq əsas məqsədin iştirakçıları bu proqram barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib. Sonra N. Hacıyeva proqramın əhatə edəcəyi təhsil sahələri, proqramın müddəti və növü, proqrama müraciət və onun şərtləri, müsabiqənin meyarları və digər məsələlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Edmund S . Muskie Mübadilə Proqramı (Muskie)" ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) tərəfindən idarə olunur. Proqram bir çox ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarına Amerika Birləşmiş Ştatlarında magistr dərəcəsi almaq imkanı yaradır və iştirakçılar açıq müsabiqə yolu ilə seçilir.
Tədbirdə Amerikada magistr təhsili almaq istəyən tələbələrlə yanaşı, bakalavr təhsilli müəllimlər, habelə QHT və media nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB