“Azərbaycan torpaqları işğaldan azad olunmayınca Qafqazda sülhün bərqərar olması mümkün deyil”-Münasibət
Erməni diasporu qondarma "soyqırım" məsələsini davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, müxtəlif ölkələrin parlamentlərinin gündəminə daşıyır, məsələni beynəlxalq aləmdə yüksək səviyyədə diqqətdə saxlamağa çalışırlar. SİA-nın xəbərinə görə, bu barədə Almaniya Bundestaqının keçmiş üzvü, Almaniya Türk Toplumunun fəxri sədri Haqqı Kəskin Dünya Türk Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Erməni diasporunun Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında saxlanmasını, ev-eşiyindən didərgin düşən 1 milyon insanın problemlərini unutdurmaq, Ermənistan dövlətinin işğalçılıq siyasətindən diqqət yayındırmaq məqsədilə 95 il əvvələ qayıdaraq qondarma "erməni soyqırımı"nı gündəmdən düşməyə qoymurlar.
H.Kəskinin sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad olunmayınca Qafqazda sülhün bərqərar olması mümkün deyil.
"İşğal faktorunu və onun dəhşətli nəticələrini Azərbaycan dövləti və xalqı unuda bilməz. Azərbaycan xalqı böyük bir haqsızlıq içindədir, ona görə də biz hamılıqla bu haqsızlığa qarşı çıxmalıyıq. Bu haqsızlığa qarşı çıxmaq üçün Qarabağ mövzusunu yaşadığımız ölkərin ictimaiyyətlərinə çatdırmaqla, parlamentlərinin müzakirəsinə çıxartmaqla erməni strategiyasını tərsinə çevirməliyik. Bundan sonra Xocalı soyqırımı gerçəkliklərini, Azərbaycan torpaqlarının 20 faizinin işğalını, 1 milyon qaçqın soydaşımızın problemini sürəkli gündəmə daşımalıyıq və bunun üçün real əməkdaşlığımız olmalıdır. Qarabağ məsələsinin həlli sadəcə fikir mübadiləsi formatında qalmamalıdır, bu münaqişəyə yaşadığımız dövlətlərin diqqətini yönəltməliyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB