Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bu gün Azərbaycanda 2 fevral - Gənclər Günü qeyd olunur. SİA-nın verdiyi məlumata görə, bu günün qeyd edilməsi 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub və ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi kimi qiymətləndirilir.

Ümumiyyətlə, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə