Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
SİA-nın verdiyi məlumata görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək. Novruz bayramı ərəfəsində isə əfv sərəncamının veriləcəyi gözlənilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB